Tramp: İranla danışıqlar davam edəcək, lakin atəşkəs başa çatdı
ABŞ Prezidenti Tramp "İran bizdən görüşləri davam etdirməyimizi istədi. Qəbul etdik, lakin ABŞ atəşkəsin başa çatdığını açıq şəkildə bildirib" bəyanatını verib.
AFN.az xəbər verir ki, ABŞ Prezidenti Tramp sosial media hesabından İranla bağlı açıqlama yayıb.
Tramp öz paylaşımında "İran bizdən görüşləri davam etdirməyimizi istədi. Qəbul etdik, lakin ABŞ atəşkəsin başa çatdığını aydın bir dillə bəyan edib" ifadələrini işlədib.
Digər tərəfdən, Qətərli danışıqlar qrupundan ibarət bir nümayəndə heyəti İranın paytaxtı Tehrana səfər edib.
Qətər heyətinin bu səfəri ABŞ ilə İran arasındakı gərginliyi azaltmaq məqsədilə həyata keçirdiyi bildirilib.
Həmçinin Qətər nümayəndə heyəti tərəflər arasında daha genişmiqyaslı danışıqların davam etdirilməsi üçün iranlı rəsmilərlə görüşlər keçirməli idi. Xəbərlərdə bu görüşlərin ABŞ ilə koordinasiyalı şəkildə aparıldığı məlumatına yer verilib.
Müzakirələrin mərkəzində ABŞ-İran anlaşma memorandumunun icrası, Vaşinqton ilə Tehran arasında son dövrlərdə artan gərginlik və Hörmüz boğazında gəmilərin hərəkəti ilə bağlı dənizçilik mübahisələri dayanır.
ABŞ-İran müharibəsinə son qoymaq üçün iki ölkə iyunun 14-də İslamabad razılaşmasını imzalamış, bu sənədlə yekun sazişin əldə olunması üçün 60 günlük danışıqlar müddəti nəzərdə tutulmuşdu.
Lakin ABŞ ordusu iyulun 8-də İrana qarşı yeni hücumlar başladıb, İran da bu hücumlara cavab olaraq qonşu ölkələrdəki ABŞ bazalarını hədəf almağa başlayıb.
