Böyük Britaniyanın Baş naziri Aİ ilə yaxınlaşma xəttini bəyan edib


Böyük Britaniya Avropa İttifaqı ilə münasibətləri əhəmiyyətli dərəcədə yaxşılaşdırmağı hədəfləyir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Baş naziri Endi Bernem Avropa Şurasının rəhbəri Antonio Koştaya bildirib.

"Böyük Britaniya Avropa birliyi ilə yaxınlaşmaq üçün daha cəsarətli hərəkət etməlidir", – deyə Bernem qeyd edib. Britaniya Baş nazirinin sözlərinə görə, bu, Böyük Britaniya ilə avropalı müttəfiqlər arasında müdafiə və təhlükəsizlik sahəsində artıq formalaşmış sıx əlaqələri inkişaf etdirmək və bu təməl üzərində münasibətlərin bütün sahələrində əməkdaşlığı genişləndirmək deməkdir.

Bernem və Koşta 2026-cı ildə keçirilməsi nəzərdə tutulan Böyük Britaniya-Aİ sammitinin bu işin davam etdirilməsi üçün meydança olacağı barədə razılığa gəliblər.

Qeyd edək ki, Böyük Britaniya və Aİ-nin ikinci sammiti ilkin olaraq iyulun 22-nə planlaşdırılsa da, Baş nazir Keyr Starmerin istefası və hökumətin dəyişməsindən sonra təxirə salınmışdı. Bernem hökumətə iyulun 20-də rəhbərlik etməyə başlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu