Bayramın qardaşı həbsdə vəfat etdi: Anasının ölümündə şübhəli idi


Avqustun 1-də anasını qətlə yetirməkdə şübhəli bilinərək həbs edilən Elvin Məmmədov vəfat edib.

AFN.az xəbər verir ki, o, gecə saatlarında təcridxanadan Sabunçu Tibb Mərkəzinə gətirilib və orada ölüb. Onun vəfatının səbəbi hələlik bilinmir.

Qeyd edək ki, Elvin Məmmədov “NİDA” Vətəndaş Hərəkatının üzvü olan, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun qardaşıdır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu