Dünənki yanğın qəsdən törədilibmiş: Hadisədən əvvəlki görüntülər


Ötən gecə Xətai rayonu Məhəmməd Hadi küçəsində - “Həzi Aslanov” metrostansiyasının yaxınlığındakı yaşayış binalarının birində baş verən yanğının qəsdən törədildiyi məlum olub.

AFN.az xəbər verir ki, yanğın hadisəsini qəsdən törətməkdə şübhəli bilinən 47 yaşlı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi müəyyən olunub. Həmin şəxsin xüsusi təyinatlı tibb müəssisəsinə yerləşdirilməsi təmin edilib.

Qeyd edək ki, yanğından əvvəl həmin mənzildə orta yaşlı kişinin əlində balta ilə mətbəxdə dağıntılar törətməsi və əsəbi şəkildə hərəkətlər etməsi qonşular tərəfindən lentə alınıb. Həmin görüntülər sosial şəbəkələrdə yayılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu