"Araz Naxçıvan"ın oyunlarını nə vaxt Naxçıvanda izləyəcəyik? - AÇIQLAMA


"Araz-Naxçıvan"ın oyunlarının öz meydanında keçirilməsi istiqamətində hazırlıqlar davam edir.

AFN.az xəbər verir ki, bunu Misli Premyer Liqasının II turu çərçivəsində keçirilən "Neftçi" – "Araz-Naxçıvan" matçından sonrakı mətbuat konfransında klubun mətbuat katibi Mahal Məmmədov deyib.

Əməkdaşımızın baş məşqçi Zaur İsmayılova ünvanladığı sualı cavablandıran M.Məmmədov bildirib ki, bu istiqamətdə işlər fəal şəkildə sürdürülür. Mətbuat katibi əlavə edib ki, bu məsələdə hər şey yalnız klubdan asılı deyil: "İlk olaraq stadion tələb olunan standartlara tam cavab verməlidir. PFL stadionu qəbul etdikdən sonra orada oyunlar keçirilə bilər. Tək stadionla bağlı deyil, orada VAR sistemi və digər texniki məsələlər də öz həllini tapmalıdır. Bu istiqamətdə müəyyən işlər gedir. Hələ ki, konkret bir tarix demək mümkün deyil".

Səbuhi QAFAROV




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu