"Araz-Naxçıvan"ın yoldaşlıq oyunları bu komandalarla olacaq

"Araz-Naxçıvan"ın Türkiyədəki yoldaşlıq oyunlarının təqvimi açıqlandı
AFN.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təlim-məşq toplanışını iyulun 5-dən Türkiyənin Ərzurum şəhərində davam etdirən "Araz-Naxçıvan"ın keçirəcəyi yoldaşlıq oyunlarının tarixi və rəqibləri müəyyənləşib.
Naxçıvan təmsilçisi üç komanda ilə qarşılaşacaq və hər üç matçda Türkiyə təmsilçiləri ilə üz-üzə gələcək:
- 9 iyul: "Bayburtspor" - "Araz-Naxçıvan"
- 11 iyul: "Alanyaspor" - "Araz-Naxçıvan"
- 17 iyul: "Trabzonspor" - "Araz-Naxçıvan"