Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir
Azərbaycanda avqustun 25-də hava şəraitinin yağmursuz keçəcəyi, temperaturun isə 40 dərəcəyədək yüksələcəyi gözlənilir.
AFN.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti təşkil edəcək. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 45-50% olacaq.
Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Gecə və səhər saatlarında bəzi dağlıq bölgələrdə arabir duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu rayonlarda gecə 21-26° isti, gündüz 34-39°, bəzi yerlərdə 40°-dək isti, dağlarda isə gecə 14-18° isti, gündüz 23-28° isti olacaq.
