Starmerin ehtimal olunan xələfi rəsmi rezidensiyaya köçməkdən imtina edib


Böyük Britaniyanın hakim Leyboristlər Partiyasının liderliyinə namizəd Endi Bernem hökumət başçısı seçiləcəyi təqdirdə Dauninq-strit 10 ünvanındakı rəsmi rezidensiyaya köçməyəcəyini bəyan edib.

AFN.az xəbər verir ki, bu barədə "The Daily Mail" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, E.Bernem Mançesterdəki şəxsi evində yaşamağa davam edəcək. "The Daily Star" qəzeti yazır ki, o, son 50 ildə Dauninq-stritdən imtina edən ilk Baş nazir ola bilər (sonuncu dəfə 1974-1976-cı illərdə Harold Vilson şəxsi evində qalıb).

Keçmiş Mançester meri olan Bernem hakimiyyətin mərkəzsizləşdirilməsi islahatı çərçivəsində Mançesterdə Baş nazirin "şimal dəftərxanasını" açacağını və həftədə ən azı bir gün orada işləyəcəyini bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu