Avropa Komissiyası Ukraynaya daha 6,1 milyard avro ayırdı


Avropa Komissiyası 2027-ci ilin sonunadək nəzərdə tutulmuş 90 milyard avroluq maliyyələşdirmə proqramı çərçivəsində Ukraynaya daha 6,1 milyard avro ayrılmasını təsdiqləyib.

AFN.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi bəyanatında bildirilir. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen yeni tranşın ayrılmasını təsdiqləyərək, Avropa İttifaqı tərəfindən hava hücumundan müdafiə sistemlərinin, radarların və raketlərin tədarük ediləcəyini vəd edib.

"Avropa Komissiyası Ukrayna üçün 6,1 milyard avro həcmində yeni maliyyələşdirmə tranşını bəyənib", – deyə bəyanatda qeyd olunur.

Fon der Lyayen bu vəsaitlərin 2027-ci ilin sonunadək Ukraynadakı münaqişənin maliyyələşdirilməsi üzrə 90 milyard avroluq proqram çərçivəsində ayrılacağını təsdiqləyib. O xatırladıb ki, iyun ayının əvvəlindən bəri Kiyev bu proqram üzrə artıq 8,35 milyard avro əldə edib, ümumilikdə isə Kiyev Avropa Komissiyasına 16 milyard avro məbləğində silah satınalma müqavilələri təqdim edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu