Aİ Ukraynaya 11 milyard avro yeni kredit ayırmağı planlaşdırır


Avropa İttifaqı dondurulmuş Rusiya aktivlərinin yenidən investisiyasından əldə edilən gəlir hesabına ödənilməklə 50 milyard avro dəyərində proqram çərçivəsində “Yeddilik” qrupundan Ukraynaya 11 milyard avroluq yeni kreditin ayrılmasını təmin etməyi planlaşdırır.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Aİ sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.



"Biz Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına Yeddilik Qrupundan qalan 11 milyard avro üçün kreditin ayrılmasına hazırlaşmaq niyyətindəyik", - deyə o bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu