AK iyulda Rusiya aktivlərindən gələn gəlirdən Ukraynaya 1,5 milyard avro verəcək


Avropa Komissiyası iyulda Rusiyanın dondurulmuş aktivlərinin yenidən investisiyasından Kiyevə 1,5 milyard avro gəlir verəcək. Bu məbləğin 90 faizi silahlara yönəldiləcək.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Berlində keçirilən Ukraynanın bərpasına dair konfransda bildirib: “Artıq iyul ayında Rusiya aktivlərinin yenidən investisiyasından əldə edilən ilk 1,5 milyard avro Ukraynaya veriləcək. Bunun 90%-i silahlara yönəldiləcək” - deyə fon der Leyen bildirib.

Qeyd edək ki, Avropa Komissiyası bu gəlirlərin ekspropriasiyası sayəsində 2-3 milyard avro səfərbər edəcəyini vəd etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu