Aİ ölkələri tərəfindən Rusiyanın dondurulmuş aktivlərinin məbləği 207 milyard avro təşkil edir


Avropa İttifaqı ölkələri tərəfindən Rusiyanın dondurulmuş suveren aktivlərinin dəqiq məbləği hazırda 207 milyard avro təşkil edir.


AFN.az xəbər verir ki, bunu Avropa komissarı Didye Reynders Haaqada keçirilən mətbuat konfransında bildirib.

"Avropa Komissiyası Rusiya Federasiyası Mərkəzi Bankının aktivləri də daxil olmaqla, Avropada dondurulmuş 207 milyard avro məbləğində Rusiya aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın bərpasının maliyyələşdirilməsi üçün istifadə imkanlarını müzakirə edir", - deyə o bildirib. Reynders təsdiqləyib ki, Avropa Komissiyası bu yolla ildə 3 milyard avroya qədər vəsait alacağını gözləyir.

Qeyd edək ki, Didye Reynders Avropa Komissiyasının Rusiya aktivlərinin dondurulması, yenidən investisiya qoyuluşu və müsadirə imkanlarının axtarışı ilə bağlı işinə nəzarət edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu