Pakistan: ABŞ və İrana danışıqlar masasına qayıtmaları üçün israr edirik



Pakistanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Asim İftixar Əhməd ABŞ və İrana danışıqlar masasına qayıtmaları üçün israr etdiklərini bildirib.

AFN.az xəbər verir ki, diplomat iki ölkə arasında əldə olunan razılaşmanın icrası ilə bağlı problemlərin olduğunu deyib.

Əhməd “The National” qəzetinə müsahibəsində ABŞ və İran arasında imzalanan anlaşma memorandumunun niyə həyata keçirilmədiyini şərh edib.

Onun sözlərinə görə, hər iki tərəf arasında etimad çatışmazlığı var. Əhməd razılaşmanın icrasına keçilməsi məsələsində müəyyən tərəddüdün olduğunu, lakin Pakistanın tərəflərin danışıqlar masasına qayıtması məsələsində israr etdiyini bildirib.

Əhməd bütün çətinliklərə baxmayaraq, Pakistanın həm Vaşinqton, həm də Tehran rəhbərliyi ilə yüksək səviyyəli görüşləri davam etdirdiyini vurğulayıb.

Danışıqların davam etdirilməsində ABŞ-ın, yoxsa İranın daha istəksiz olduğu barədə suala cavab verən Əhməd bunun o qədər də sadə məsələ olmadığını bildirib.

“Kimin daha çox məsuliyyət daşıdığını və ya kimin danışıqlara qayıtmağa daha çox istəkli olduğunu söyləmək o qədər də sadə deyil”, - deyə o qeyd edib.

Əhməd bildirib ki, şiddətli qarşıdurmaların və gərginliyin artmasının davam etdiyi bir şəraitdə aprel ayında atəşkəs elan etdirilə, daha sonra tərəflər bir araya gətirilə və nəticədə hər iki tərəfin razılaşma mətninə gəlməsi təmin edilə bilərdi.

Onları yenidən danışıqlar masasına oturtmamağımız üçün heç bir səbəb yoxdur”, - deyə Pakistanın BMT-dəki daimi nümayəndəsi vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu