Abbas Əraqçi: ABŞ-la danışıqlar barədə hələ qərar verməmişik



İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-la danışıqlara yenidən başlamaq barədə hələ qərar vermədiklərini bildirib.

AFN.az xəbər verir ki, Tasnim-in məlumatına görə, xarici işlər naziri Əraqçi müsahibəsində ABŞ-la müharibəni, mümkün danışıqları və Hörmüz boğazındakı prosesi dəyərləndirib.

İranın xarici işlər naziri ABŞ-la atəşkəs müddətinin uzadılıb-uzadılmayacağı ilə bağlı suala cavabında iyunun 17-də İran və ABŞ arasında imzalanan anlaşmada qeyd olunanın atəşkəs deyil, müharibənin sonu olduğunu bildirərək, “ABŞ anlaşma memorandumunu pozdu və qarşıdurmaların yenidən başladığının şahidi olduq, lakin indi uzadılması lazım olan bir atəşkəs yoxdur. Əksinə, müharibə sona çatmışdı və bu müharibə indi yeni bir vəziyyət aldı” deyib.

ABŞ-la danışıqların yenidən başlaması ehtimalına münasibət bildirən Əraqçi “Qətər və Pakistan vasitəçi kimi yalnız mesaj mübadiləsi aparır və əlaqə saxlayırlar, lakin bu, danışıqlar demək deyil. ABŞ-la danışıqlara yenidən başlamaq barədə hələ qərar verməmişik” deyə bildirib.

Əraqçi İran və Oman arasında Hörmüz boğazında təhlükəsiz marşrut müəyyənləşdirmək üçün aparılan görüşlərin davam etdiyini bildirib. O, “Marşrut müəyyənləşdirildikdən sonra belə, boğazın açılması ABŞ-ın əməl etməli olduğu digər şərtlərin yerinə yetirilməsindən asılıdır” ifadələrini işlədib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu