Abbas Əraqçi: Raketlərimiz müzakirə mövzusu deyil və olmayacaq



İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın İranın raket proqramı ilə bağlı açıqlamalarına reaksiya verərək, "Raketlərimiz müzakirə mövzusu deyil və olmayacaq", - deyib.

İran dövlət televiziyasının məlumatına görə, Əraqçi İran İslam İnqilabının 47-ci ildönümü münasibətilə Tehranda keçirilən yürüş zamanı ABŞ ilə danışıqlara dair bəyanatla çıxış edib. Əraqçi "Heç kim İranın raketlərinə ən kiçik bir müdaxilə belə edə bilməz. Raketlərimiz müzakirə mövzusu deyil və olmayacaq", - ifadələrini işlədib.

İranlı nazir ABŞ ilə danışıqların növbəti mərhələsinin vaxtı və yeri ilə bağlı sualı cavablandırarkən, hələlik müəyyən edilmiş bir tarix və məkanın olmadığını bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dünən verdiyi açıqlamada İranla əldə olunacaq hər hansı bir razılaşmanın nüvə proqramını hər tərəfli əhatə edəcəyini qeyd edərək, bu sazişin İranın ballistik raket proqramını da hədəf almalı olduğunu ifadə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu