Böyük Britaniya parlamentində Naycel Faraj haqqında təhqiqat bərpa olunub


Böyük Britaniya Parlamentinin İcmalar Palatasının Standartlar üzrə Komissiyası "Reform UK" partiyasının lideri Naycel Faraja qarşı təhqiqat işini yenidən bərpa edib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb siyasətçinin iş adamı Kristofer Harborndan aldığı 5 milyon funt-sterlinq (6,7 milyon dollar) həcmində ianəni bəyannaməsində göstərməməsidir. Faraj yenidən deputat seçildikdən dərhal sonra dayandırılmış təhqiqat yenidən aktivləşib.

Qeyd edək ki, "The Sunday Times" qəzeti Farajın ABŞ-da dələduzluğa görə məkum olunmuş digər iş adamı Corc Kottrell tərəfindən də verilən ianələri gizlətdiyini iddia edib. Faraj isə bu vəsaitləri 2024-cü ildə deputat seçilməzdən əvvəl aldığını və bəyan etməyə məcbur olmadığını bildirir.

Qaydaları pozduğu halda siyasətçini parlament fəaliyyətindən müvəqqəti kənarlaşdırma cəzası gözləyir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu