ABŞ-da hakim Trampın Harvard işini rədd etdi



ABŞ-ın Massaçusets ştatında federal hakim Harvard Universitetini yəhudi tələbələrin şifahi təhqirinə göz yummaq və antisemitizmə yol verməkdə ittiham edən ABŞ Prezidenti Donald Tramp administrasiyasının açdığı işi kifayət qədər sübut olmadığına görə rədd edib. 

AFN.az xəbər verir ki, ABŞ Dairə Hakimi Richard G. Stearns Tramp administrasiyasının Harvard Universitetinin rəsmilərinə qarşı açdığı antisemitizm işi ilə bağlı qərarını açıqlayıb.

Stearns Tramp administrasiyasının iddiasında yer alan hadisələri müəyyən və dövri xarakter daşıyan hallar kimi qiymətləndirərək, 1964-cü il Mülki Hüquqlar Qanununun pozulduğuna dair iddiaları hüquqi baxımdan yetərsiz hesab edib və işin davam etdirilməsinin qarşısını alıb.

Mart ayında açılan işin əsasən 2023-24-cü tədris ilində baş verən hadisələrə yönəldiyini bildirən hakim Stearns bir neçə hadisənin isə 2025-ci ilin martında baş verdiyini qeyd edərək, məsələnin davamlı antisemitik praktikaya işarə etmədiyi qənaətinə gəlib.

Qərara münasibət bildirən ABŞ Ədliyyə Nazirliyinin Mülki Hüquqlar Bölməsinin rəhbəri Harmeet Dhillon açıqlamasında “Qərarla razılaşmırıq və növbəti addımları nəzərdən keçiririk” ifadəsini işlədib.

Tramp administrasiyası 2023-cü ilin oktyabrından sonra Harvard Universitetində keçirilən etiraz aksiyaları zamanı universitet rəhbərliyinin yəhudi tələbələrin üzərinə tüpürülərək təhqir edildiyi, fiziki hücuma məruz qaldığı və izlənildiyi vaxt onların qarşısını almaq üçün heç bir tədbir görmədiyini iddia etmişdi.

Daha sonra Prezident Tramp universitetə ayrılan federal yardımların 2,6 milyard dollar azaldılması barədə qərarı açıqlamış, bu qərar 3 sentyabr 2025-ci ildə Bostonda məhkəmədə baxılan iş nəticəsində ABŞ Dairə Hakimi Allison Burroughs tərəfindən bloklanmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu