Tramp Harvardı daha 1 milyard dollardan məhrum etmək niyyətindədir

Tramp administrasiyası Harvard Universitetinə ayrılan maliyyəni daha 1 milyard dollar azaltmağa hazırlaşır, çünki müəssisə siyasətlərini dəyişməkdən imtina edir.
AFN.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, universitetin tibbi tədqiqatlarına federal maliyyə ayrılacaq.
Harvard Universitetinin rəhbəri Alan Qarber bildirib ki, məktəb Tramp administrasiyasının yəhudi tələbələri antisemitizmdən qorumaq üçün siyasətini dəyişdirmək tələblərini qəbul etməyəcək.
Tramp Harvarda siyasi təşkilat kimi yanaşmağı və universiteti vergidən azad statusundan məhrum etməyi təklif edib. Təhsil Nazirliyi Harvarda 2,2 milyard dollar qrantın və 60 milyon dollarlıq uzunmüddətli müqavilələrin dondurulduğunu elan edib. Həmçinin bildirilib ki, Amerika administrasiyası bu elit ali təhsil müəssisəsi ilə ümumi məbləği təxminən 9 milyard dollar olan qrant və müqavilələri nəzərdən keçirmək niyyətindədir.