Brent neftinin qiyməti 85 dollar həddini keçərək yüksəlişini sürətləndirdi



Brent markalı neftin bir barrelinin qiyməti beynəlxalq fyuçers bazarlarında 85 dolları keçib.

AFN.az xəbər verir ki, cümə günü 84,44 dollara qədər yüksələn Brent neftinin oktyabr fyuçers müqaviləsi üzrə bir barrelinin qiyməti günü 83,55 dollarla başa vurub.

Brent neftinin bir barrelinin qiyməti bu gün saat 16:46-ya olan məlumata görə, əvvəlki bağlanışla müqayisədə 1,9 faiz artaraq 85,15 dollar təşkil edib.

Eyni vaxtda Qərbi Texas tipli (WTI) xam neftin sentyabr fyuçers müqaviləsi üzrə bir barrelinin qiyməti də 79,74 dollar müəyyənləşib.

Neft qiymətləri Hörmüz boğazının açıla biləcəyi ilə bağlı gözləntilər fonunda ötən həftə kəskin ucuzlaşdıqdan sonra bu gün 85 dolların üzərinə yüksəlib. Buna ABŞ ilə İran arasında danışıqlardakı qeyri-müəyyənliyin davam etməsi, habelə husilərin hücumları və Hörmüz boğazında gəmilərə qarşı hücumların tədarük risklərini canlı saxlaması səbəb olub.

Brent neftində texniki baxımdan 85,51 dollar müqavimət, 84,11 dollar isə dəstək səviyyəsi kimi izlənilə bilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu