Brent neftinin barreli 76,68 dollardan satılır



Beynəlxalq fyuçers bazarlarında Brent markalı neftin barrel qiyməti 76,68 dollar səviyyəsində qərarlaşıb.

AFN.az xəbər verir ki, ötən gün 79,25 dollara qədər yüksələn Brent neftinin fyuçers barrel qiyməti günü 76,30 dollarla başa vurub.

Bu gün saat 10:00-a olan məlumata görə, Brent markalı neftin barreli bağlanış qiyməti ilə müqayisədə təxminən 0,5 faiz artaraq 76,68 dollar olub.

Eyni dəqiqələrdə "West Texas Intermediate" (WTI) tipli xam neftin barreli isə 72,28 dollardan alıcı tapıb.

Brent markalı neftdə texniki olaraq 75,78 dolların dəstək, 77,07 dolların isə müqavimət zonası olaraq izlənilə biləcəyi qeyd edilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu