Cənubi Koreya: Rusiya təyyarəsi KADIZ-a daxil olub



Cənubi Koreya Rusiyaya məxsus hərbi təyyarənin Koreya Hava Hücumundan Müdafiə və Tanınma Zonasına (KADIZ) daxil olduğunun müəyyən edilməsindən sonra hərbi qırıcıların bölgəyə göndərildiyini açıqlayıb.

AFN.az xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, Cənubi Koreya Baş Qərargah Rəisləri Komitəsi KADIZ-da baş verən hadisə ilə bağlı açıqlama yayıb.

Açıqlamada Rusiyaya məxsus hərbi təyyarənin dünən qısa müddət ərzində ölkənin şərqində yerləşən KADIZ-a daxil olduğunun müəyyən edildiyi bildirilib.

Rusiyaya məxsus hərbi təyyarənin Cənubi Koreyanın hava məkanını pozmadan bölgədən uzaqlaşdığı qeyd edilən açıqlamada buna cavab olaraq hərbi qırıcıların bölgəyə göndərildiyi bildirilib.

Beynəlxalq hüquqda dəqiq tərifi olmayan və hər hansı beynəlxalq qurum tərəfindən nəzarət edilməyən Hava Hücumundan Müdafiə Tanınma Zonası (ADIZ) ölkələr tərəfindən birtərəfli qaydada elan edilir.

ADIZ ölkənin müəyyən edilmiş hava məkanını pozmaq niyyəti olmayan mülki təyyarələri əhatə etmir. Lakin bölgəyə daxil olan hərbi təyyarələr potensial təhlükə kimi qiymətləndirilərək xəbərdar edilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu