Zelenski Ukraynanın Rusiyadakı 16 hədəfi vurduğunu açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna ordusunun son 24 saat ərzində Rusiyadakı 16 hədəfi vurduğunu bildirib.
AFN.az xəbər verir ki, Zelenski Ukrayna ordusunun Rusiyada 16 hədəfə zərbələr endirdiyini açıqlayıb.
Zelenski sosial media hesablarında etdiyi açıqlamada, müharibənin maliyyələşdirilməsində istifadə olunan Rusiyanın neft sektoruna qarşı uzunmənzilli raketlərlə hücumlar həyata keçirildiyini bildirib.
Ukraynaya qarşı hücumlarda istifadə olunan hava limanlarının, raket qüvvələrinin və infrastrukturun da hədəfə alındığını qeyd edən Zelenski, hücumların Rusiyanın logistika fəaliyyətinə də təsir etdiyini ifadə edib.
Zelenski Ukraynanın Rusiyanın hücumlarına cavab verdiyini və bunu təcavüzkar üçün müharibənin əvəzini qaçılmaz şəkildə artıracaq formada həyata keçirdiyini bildirib.
Rusiyanın hücum potensialını azaltmağa davam etdiklərini iddia edən Zelenski, dəqiq zərbələr endirən ukraynalı hərbçilərə təşəkkür edib.
