Zelenski Rusiyadakı bəzi neft obyektlərinə hücumlar təşkil etdiklərini açıqlayıb



Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın 3 fərqli bölgəsində yerləşən neft emalı zavodlarına yönəlik hücumlar həyata keçirdiklərini bildirib.

AFN.az xəbər verir ki, Zelenski sosial şəbəkə hesabında etdiyi açıqlamada Rusiyadakı bəzi hədəflərə zərbələr endirdiklərini qeyd edib.

Rusiyanın Saratov vilayəti ilə yanaşı, Rusiya Federasiyasına daxil olan Tatarıstan və Başqırdıstan respublikalarında yerləşən neft emalı zavodlarına hücum etdiklərini bildirən Zelenski bunun Rusiya ordusunun Ukraynaya təşkil etdiyi zərbələrə cavab xarakteri daşıdığını vurğulayıb.

Ukrayna dövlət başçısı hədəf aldıqları neft emalı zavodlarının Ukrayna sərhədindən təxminən 800-1500 kilometr məsafədə yerləşdiyini diqqətə çatdırıb.

Həmçinin Rusiyanın Voronej vilayətindəki obyektlərə də zərbələr endirildiyini qeyd edən Zelenski rusların bu müharibəni öz dövlətlərinin apardığını hiss etməli olduqlarını ifadə edib.

Zelenski açıqlamasına sözügedən hücumlara aid olduğu bildirilən kadrları da əlavə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu