Kolumbiyada minlərlə miqrant deportasiya ediləcək
Kolumbiya Prezidenti Abelardo de la Espriella yaşayış icazəsi olmayan minlərlə qeyri-qanuni miqrantın ölkədən deportasiya ediləcəyini və bu çərçivədə polis dəstəkli əməliyyatlara bu həftə başlanıla biləcəyini açıqlayıb.
Prezident De la Espriella X platformasında paylaşdığı videoda cinayətkarlıqla mübarizə və mütəşəkkil cinayətkar qruplara qarşı yeni təhlükəsizlik tədbirlərini açıqlayıb.
AFN.az xəbər verir ki, ilk mərhələdə cinayət törədən miqrantların, daha sonra isə qanuni statusu olmayan şəxslərin hədəf alınacağını bildirən De la Espriella “Haradan gəlmələrindən asılı olmayaraq, heç bir qanunsuz miqrantı qəbul etməyəcəyəm. Ölkəni tərk edəcəklər və deportasiya olunacaqlar. Bunun siyasi məsuliyyətini öz üzərimə götürürəm” deyə vurğulayıb.
De la Espriella bu çərçivədə polis dəstəkli əməliyyatlara bu həftə başlanıla biləcəyini bildirib.
Kolumbiyadakı miqrantların böyük hissəsini qonşu Venesueladan gələnlər təşkil edir. Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, avqust ayına olan məlumata əsasən Kolumbiyada təxminən 2,8 milyon venesuelalı yaşayır.
Miqrantların təxminən 850 mininin qeyri-qanuni miqrant olduğu bildirilir.

