Braziliya ABŞ-ın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb


Braziliya qeyri-qanuni mühacirləri əlləri qandallı şəkildə deportasiya edən ABŞ-ın Braziliyadakı səfirliyinin müvəqqəti işlər vəkili Qabriel Eskobarı Xarici İşlər Nazirliyinə çağırıb.



Yerli mətbuatın məlumatına görə, Braziliya Xarici İşlər Nazirliyi ABŞ-ın əlləri qandallı qeyri-qanuni braziliyalı mühacirləri deportasiya etməsindən sonra hərəkətə keçib.

ABŞ-ın Braziliyadakı səfirliyinin müvəqqəti işlər vəkili Eskobar braziliyalı mühacirlərə münasibəti müzakirə etmək üçün nazirliyə çağırılıb.

ABŞ-ın müvəqqəti işlər vəkilinə bu rəftarın mühacirlərin hüquqlarına açıqcasına məhəl qoymamaq olduğu bildirilib.

Braziliyalı qeyri-qanuni mühacirlərin ABŞ-dan deportasiya edilmək üçün aparıldıqları təyyarədə əlləri qolbaqlı halda görüntülənib.

Braziliya hökuməti miqrantların uçuşlar zamanı qandallanmasını vətəndaşlarının hüquqlarına açıq-aşkar etinasızlıq kimi xarakterizə edərək, rəftarı pisləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu