Estoniyanın müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

Estoniyanın müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
AFN.az TASS-a istinadən xəbər verir ki, ona Tallində sovet hərbi qulluqçularının qalıqlarının yenidən basdırılması planlarına etiraz notası təqdim edilib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Departamentdən bildirilib ki, Estoniyanın SSRİ hərbçilərinin qalıqlarını yaxınlarının razılığı olmadan Tallindəki hərbi qəbiristanlıqda yenidən basdırmaq planları cavabsız qalmayacaq.