Metodist sayımız azdır - nazir


“Mənim şəxsi qənaətimə görə, məktəb direktorları bu vəzifəyə arzu əsasında gəlirlər. Düşünürlər ki, “mən istəyirəm məktəb direktoru olum”.

AFN.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Nazir məktəb rəhbərlərinin yetişdirilməsi sistemində yeni yanaşmanın tətbiqinə başlanıldığını vurğulayıb:

“Əslində isə müəllimdən metodist, metodistdən direktor müavini, direktor müavinindən isə direktor yetişməlidir. Biz bu ildən etibarən bu istiqamətdə işə başlamışıq. Hazırda metodistlərimizin sayı 500-ə yaxındır. Bu göstəriciyə 3 il ərzində çatmışıq. Ancaq bu say kifayət deyil. Metodistlərin sayı daha çox olmalıdır, 5-6 min metodistimiz olmalıdır. Belə şəxslər bir neçə il bu sahədə çalışdıqdan sonra direktor vəzifəsinə təyin olunanda işlərimiz daha yaxşı nəticə verəcək. İmtahanda yüksək bal toplayan müəllimi direktor seçmək düzgün yanaşma deyil”.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu