Bayram Məmmədovun qardaşının ölüm səbəbi bilindi - YENİLƏNİB


Avqustun 1-də anasını qətlə yetirməkdə şübhəli bilinərək həbs edilən Elvin Məmmədovun ölüm səbəbi məlum olub.

AFN.az xəbər verir ki, bu barədə Sabunçu Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 21.08.2026-cı il tarixində saat 14:40 radələrində 1992-ci il təvəllüdlü şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşlarının müşayiəti ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub: “Pasiyentə beyin-qan dövranının işemik insult tipli pozulması diaqnozu təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 23.08.2026-cı il tarixində saat 16:00 radələrində onun bioloji ölüm faktı qeydə alınıb”.

Qeyd edək ki, Elvin Məmmədov “NİDA” Vətəndaş Hərəkatının keçmiş üzvü olan və 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun qardaşıdır.

***

Avqustun 1-də anasını qətlə yetirməkdə şübhəli bilinərək həbs edilən Elvin Məmmədov vəfat edib. 

AFN.az xəbər verir ki, o, gecə saatlarında təcridxanadan Sabunçu Tibb Mərkəzinə gətirilib və orada ölüb. Onun vəfatının səbəbi hələlik bilinmir.

Qeyd edək ki, Elvin Məmmədov “NİDA” Vətəndaş Hərəkatının üzvü olan, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun qardaşıdır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu