Pakistanda xəstəxananın yenidoğulmuşlar şöbəsində baş verən yanğında 15 körpə ölüb
Pakistanın paytaxtı İslamabadda xəstəxananın yenidoğulmuşlar şöbəsində baş verən yanğında ilkin məlumata görə, 15 körpə həyatını itirib.
AFN.az xəbər verir ki, hadisə paytaxt İslamabaddakı Pakistan Tibb Elmləri İnstitutunun (PIMS) yenidoğulmuşlar şöbəsində baş verib.
Geo News kanalının məlumatına görə, yerli vaxtla saat 06:45-də şöbədə kondisionerin kompressorunun partlamasından sonra yanğın başlayıb.
Səlahiyyətlilər yanğın zamanı şöbədə olan körpələrdən birinin xilas edildiyini, 15 körpənin isə həyatını itirdiyini açıqlayıblar.
Xilasetmə qrupları yanğının söndürüldüyünü və hadisə yerində soyutma işlərinin davam etdiyini bildiriblər. Yanğının başvermə səbəbinin araşdırılması məqsədilə istintaq komitəsinin yaradıldığı qeyd olunub.
