İndoneziyada zəlzələdə ölənlərin sayı 103-ə yüksəlib
İndoneziyada avqustun 15-də baş verən 7,7 maqnitudalı zəlzələdə həyatını itirənlərin sayının 103-ə yüksəldiyi bildirilib.
AFN.az xəbər verir ki, Antara agentliyinin məlumatına görə, İndoneziya Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi (BNPB) ölkənin Flores bölgəsində baş verən zəlzələ ilə bağlı son məlumatları açıqlayıb.
BNPB Fəlakət Məlumatları Mərkəzinin rəhbər müavini Berton Panjaitan zəlzələdə ölənlərin sayının 103-ə yüksəldiyini, yaralananların sayının isə 1 666 olduğunu bildirib.

