Kreml: Rusiya və ABŞ-ın xüsusi xidmət orqanları arasında təmaslar baş tutub
Kremlin sözçüsü Dmitri Peskov ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin dünən Moskvaya gəldiyini bildirərək, “Xüsusi xidmət orqanları arasında təmaslar baş tutub” deyib.
AFN.az xəbər verir ki, sözçü Peskov paytaxt Moskva şəhərində jurnalistlərə gündəmdəki məsələlərlə bağlı açıqlamalar verib.
MKİ direktoru Retkliffin dünən Moskvaya gəldiyini təsdiqləyən Peskov “Xüsusi xidmət orqanları arasında təmaslar baş tutub” ifadəsini işlədib.
Bunun müsbət hal olduğunu bildirən Peskov, Vladimir Putinə Retkliff ilə təmaslar barədə məlumat verildiyini qeyd edib.
Ukraynanın döyüş meydanında uğursuzluğa düçar olduğunu bildirən Peskov cəbhədəki vəziyyətin bunu göstərdiyini deyib.
Peskov Kiyev hakimiyyətinin çökməyə başladığını bildirərək, “Avropalıların bunu görməzdən gəlməsi böyük səhvdir” qiymətləndirməsini edib.
Ermənistanla bağlı da bu ölkənin daxili siyasətində ağır proseslərin yaşandığını deyən Peskov bunların qanunlara uyğun şəkildə baş verəcəyinə ümid etdiyini bildirib.
