Peskov: Rusiya və ABŞ-ın enerji maraqları üst-üstə düşür



Kreml sözçüsü Dmitri Peskov qlobal enerji sektorunda böhranın böyüdüyünü bildirərək, ABŞ və Rusiyanın enerji bazarlarındakı sabitliklə bağlı maraqlarının eyni olduğunu qeyd edib.

AFN.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin gündəmdəki bəzi mövzularla bağlı suallarını cavablandırıb.

Rusiya, ABŞ və Ukrayna arasında aparılan üçtərəfli danışıqların davam etməsini istədiklərini vurğulayan Peskov, növbəti raundun baş tutacağına ümid etdiklərini, lakin konkret tarix və saatla bağlı hələlik açıqlanacaq bir razılaşmanın olmadığını deyib. ABŞ-ın Rusiya neftinə tətbiq edilən sanksiyaları yumşaltması məsələsinə toxunan Kreml rəsmisi bildirib ki, enerji sektorunda qlobal miqyasda getdikcə dərinləşən bir böhran yaşanır.

O, bu vəziyyətdə ABŞ-ın atdığı addımları enerji bazarlarını sabitləşdirmək cəhdi kimi qiymətləndirərək, iki ölkənin maraqlarının üst-üstə düşdüyünü diqqətə çatdırıb. Xatırladaq ki, ABŞ-ın maliyyə naziri Skott Bessent mövcud neft tədarükünün qlobal əlçatanlığını artırmaq məqsədilə dənizdə qalmış Rusiya neftinin alınmasına müvəqqəti icazə verildiyini bəyan etmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu