Peskov: Nə Rusiya, nə də Çin nüvə sınağı keçirib



Kremlin sözçüsü Dmitri Peskov Rusiya və Çinin nüvə sınağı keçirməsi ilə bağlı iddialara münasibət bildirərkən "Nə Rusiya, nə də Çin nüvə sınağı keçirib" deyə bəyanat verib.

Peskov paytaxt Moskvada jurnalistlər üçün keçirdiyi brifinqdə gündəmdəki aktual mövzuları dəyərləndirib. Rusiya, ABŞ və Ukrayna arasında böhranın həlli ilə bağlı İsveçrənin Cenevrə şəhərində keçirilən üçtərəfli görüşlərə toxunan Peskov müzakirə olunan mövzular haqqında danışmağın hələ tez olduğunu bildirib.

"Danışıqların aralıq nəticələrini müzakirə etmək hələ tezdir. Putinə birbaşa məlumat verilir. Hazırda hansısa qiymətləndirmə aparmaq üçün hələ tezdir" deyə o əlavə edib.

Rusiyanın Kubaya yanacaq məsələsində dəstək verməsinin Moskva və Vaşinqton arasındakı münasibətlərə təsiri barədə sualı cavablandıran Peskov, bu məsələlərin bir-biri ilə əlaqəli olmadığını qeyd edib. Peskov əlavə edib ki, Rusiya dünyadakı bir çox ölkə kimi Kubanın blokadaya alınmasına qarşı çıxır:

"Kuba ilə münasibətlərə dəyər veririk və bu əlaqələri inkişaf etdirmək istəyirik. Kubalı dostlarımıza çətin dövrlərdə kömək edirik".

İrandan zənginləşdirilmiş uranı almağa hazır olduqlarına işarə edən Peskov, ABŞ ilə İran arasında danışıqlar prosesinin davam etdiyini dilə gətirərək, nəticələri proqnozlaşdırmağın doğru olmadığını vurğulayıb.

Peskov Rusiya və Çinin nüvə sınağı keçirdiyi yönündəki iddialara dair isə belə danışıb: "Nüvə sınaqlarının keçirildiyinə dair bəzi xəbərlər eşitdik. Bu kontekstdə həm Rusiyanın, həm də Çinin adı çəkildi. Nə Rusiya, nə də Çin nüvə sınağı keçirib".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu