Rusiya: NATO-nun nüvə silahı ilə bağlı ritorikası vəziyyəti gərginləşdirir


Kremlin sözçüsü Dmitri Peskov NATO-nun baş katibi Yens Stoltenberqin nüvə silahı ilə bağlı ritorikasının vəziyyəti gərginləşdirdiyini deyib.


Peskov paytaxt Moskvada cari məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

15-16 iyunda İsveçrənin ev sahibliyi etdiyi Ukrayna Sülh Sammitini dəyərləndirən Peskov, bu sammitin Ukrayna böhranına həll yolu verə bilməyəcəyini bildirib.

Macarıstan, Serbiya və Türkiyənin sammitdə qəbul edilən birgə bəyannaməni dəstəklədiyini qeyd edən Peskov, "Bu, ikitərəfli əlaqələri pozmayacaq. Təbii ki, bu ölkələrin yanaşmalarını da nəzərə alacağıq. Bu, bizim üçün vacibdir. Arqumentlərimizi açıqlamağa davam edəcəyik" bildirib.

NATO-nun baş katibi Stoltenberqin “NATO-da nüvə silahı döyüş başlığının istifadəyə hazırlanması ilə bağlı məsləhətləşmələr aparılıb” açıqlamasını dəyərləndirən Peskov bu açıqlamanın İsveçrədə keçirilən sammitdə qəbul edilən birgə bəyannaməyə zidd olduğunu qeyd edib.

Peskov, "Bu bəyanatda belə diskursların qəbuledilməz olduğu bildirilir. Ona görə də Stoltenberqin açıqlaması vəziyyəti gərginləşdirən elementdən başqa bir şey deyil" deyə vurğulayıb.

Ukrayna xarici işlər naziri Dmitri Kulebanın "Ukrayna ilə bağlı növbəti sülh sammitində münaqişələrə son qoyulmalıdır" açıqlamasına gəlincə, mətbuat katibi Peskov, "Rusiya tərəfinin bu məsələdə yanaşması şəffaf və ardıcıldır. Kuleba da bu yanaşmanı yaxşı bilir" deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu