Rusiya: İsveçrədə Ukrayna ilə bağlı keçiriləcək sülh konfransının gələcəyi yoxdur


Kremlin sözçüsü Dmitriy Peskov Ukrayna ilə bağlı İsveçrənin ev sahibliyi edəcəyi sülh konfransının gələcəyinin olmadığını bildirib və bu sammitdə məsələlərin Rusiyasız müzakirə edilməsi fikrinin absurd olduğunu qeyd edib.



Peskov Özbəkistanın paytaxtı Daşkənddə Ukrayna məsələsi ilə bağlı rus jurnalistlərə açıqlamalar verib.

İyunun 15 və 16-da İsveçrənin ev sahibliyi ilə Ukrayna ilə bağlı sülh konfransının keçiriləcəyinə işarə edən Peskov, "Ukrayna məsələsinə həll yolları tapmaq baxımından bu konfransın gələcəyi yoxdur. Məsələlərin Rusiyasız müzakirəsi ideyası gülüncdür” deyib.

Rusiyanın iştirakı ilə Ukrayna məsələsinin həlli ilə bağlı konfransın Səudiyyə Ərəbistanında keçiriləcəyi iddiasına gəlincə, Peskov bunun planlaşdırılmadığını bildirib.

Peskov NATO-nun baş katibi Yens Stoltenberqin “Ukrayna əldə etdiyi silahlarla Rusiya ərazisini vurmaq hüququna malik olmalıdır” ifadələrini də dəyərləndirib və bu bəyanatın məsuliyyətsiz və təxribat xarakterli olduğunu bildirib.

Peskov "Qərb hərbi diskursları üstünlük təşkil etməyə başlayır. Biz ehtiyat tədbirləri görməliyik, xüsusi hərbi əməliyyatı davam etdirməliyik" deyə vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu