Rusiya: "NATO Ukraynanı öz ərazisi kimi görür"


Kremlin sözçüsü Dmitriy Peskov ABŞ və Avropa ölkələrinin Rusiya ilə müharibə ilə bağlı verdiyi açıqlamaların gərginliyin artmasına səbəb olduğunu bildirib və "NATO Ukraynanı öz ərazisi kimi görür" deyib.



Peskov paytaxt Moskvada jurnalistlərə cari məsələlərlə bağlı açıqlama verib.

Rusiyada həbsxanada dünyasını dəyişən rusiyalı dissident Aleksey Navalnının paytaxt Moskvada keçirilən dəfn mərasimində təşkil edilən nümayişlə bağlı sualı cavablandıran Peskov bunun icazəsiz bir aksiya olduğunu bildirib. "İcazəsiz istənilən hərəkət qanuna ziddir. Ona görə də bu aksiyada iştirak edənlər məsuliyyət daşıyacaqlar", - Peskov bildirib.

ABŞ-ın müdafiə naziri Lloyd Ostinin “Ukrayna məğlub olarsa, NATO Rusiya ilə döyüşəcək” ifadəsini dəyərləndirən Peskov bunun məsuliyyətsiz bir açıqlama olduğunu bildirib.

Peskov, "Bəzi Avropa ölkələrindən son dərəcə məsuliyyətsiz bəyanatlar eşidirik. İndi də bunu okeanın o tayından eşidirik. Bu bəyanatlar gərginliyin artmasına səbəb olur və NATO-nun baxışını göstərir. NATO Ukraynanı öz ərazisi kimi görür. Bu, Rusiyanın etdiklərini, xüsusi hərbi əməliyyatın düzgün aparıldığını göstərir”. deyə vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu