Litva NATO müttəfiqlərinin hərbçiləri üçün düşərgə tikəcək
Litva tərəfindən NATO müttəfiq dövlətlərinin təxminən min hərbçisinin yerləşdirilməsi üçün Rūdninkai poliqonunda hərbi düşərgə inşası nəzərdə tutulur.
AFN.az xəbər verir ki, bu barədə Baltikyanı respublikanın Müdafiə Nazirliyi məlumat yayıb.
"Hərbi infrastruktura investisiyalarımız strateji və kompleks şəkildə icra olunur, buna görə də Bundestaq briqadasının (Almaniya Silahlı Qüvvələri) və digər müttəfiqlərin Litvada təlim keçməsi və məskunlaşması üçün keyfiyyətli şəraitin yaradılması istiqamətində nəyin tələb olunduğu bizə tam aydındır", – deyə respublikanın müdafiə naziri Robertas Kaunas bildirib.
Hərbi idarənin qeyd etdiyi kimi, bu mərhələdə işlərin dəyəri təxminən 40 milyon avro təşkil edəcək. Layihənin 2028-ci ilin birinci yarısında başa çatdırılması planlaşdırılır. Həmin vaxtadək poliqonda yaşayış binaları və mühəndis qurğuları istifadəyə veriləcək.

