Brent nefti 91,57 dollara yüksəlib



Brent neftinin bir barreli beynəlxalq fyuçers bazarlarında 91,57 dollardan satılır.

AFN.az xəbər verir ki, dünən 92 dollara qədər yüksələn Brent neftinin oktyabr fyuçersləri üzrə bir barrelinin qiyməti günü 91,02 dollardan başa vurub.

Brent neftinin bir barrelinin qiyməti bu gün saat 10:29-a olan məlumata görə, əvvəlki bağlanışla müqayisədə 0,59 faiz artaraq 91,57 dollar olub.

Eyni dəqiqələrdə Qərbi Texas tipli (WTI) xam neftin oktyabr fyuçersləri üzrə bir barrelinin qiyməti də 84,67 dollar təşkil edib.

Neft qiymətləri İran ilə ABŞ arasında atəşkəsin başa çatması və Hörmüz boğazı ilə bağlı artan təhlükəsizlik risklərinin tədarük narahatlıqlarını artırması fonunda yüksəlişini ardıcıl dördüncü ticarət günündə də davam etdirib.

Brent neftinin 91 dollardan yuxarı səviyyədə qalmasında Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənlik və bölgədəki geosiyasi risklər təsirli olur.

Ekspertlər bildirirlər ki, Hörmüz və Bab əl-Məndəb boğazlarında təhlükəsizlik risklərinin dəniz daşımalarına mənfi təsir göstərməsi qısa müddətdə neft qiymətlərini dəstəkləyir.

Eyni zamanda, Amerika Neft İnstitutunun (API) məlumatlarına görə, ABŞ-da ötən həftə xam neft və distillat ehtiyatları azalarkən benzin ehtiyatları artıb.

ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) rəsmi neft ehtiyatları ilə bağlı məlumatlarının bu gün açıqlanması gözlənilir.

Reuters-in sorğusuna qatılan analitiklər avqustun 14-də başa çatan həftə ərzində ABŞ-ın xam neft ehtiyatlarının təxminən 600 min barrel azalacağını gözləyirlər.

Brent neftində texniki baxımdan 91,90 dollar müqavimət, 91,34 dollar isə dəstək səviyyəsi kimi izlənilə bilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu