ABŞ BCM sədrinə və yüksək vəzifəli rəsmisinə sanksiya tətbiq etdi



ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) sədri, yapon hakim Tomoko Akane və BCM-nin yüksək vəzifəli rəsmisi Abdoulaye Seye-yə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb. 

AFN.az xəbər verir ki, ABŞ Dövlət Departamenti BCM sədri yapon hakim Akane və Seneqal əsilli BCM-nin yüksək vəzifəli rəsmisi Seye ilə bağlı sanksiyalar barədə açıqlama yayıb.

Açıqlamada Tramp administrasiyasının BCM-ni səlahiyyətlərindən sui-istifadə edən və vəzifə hüdudlarını aşan, korrupsiyalaşmış və ölümcül dərəcədə siyasiləşmiş transmilli məhkəmə kimi qiymətləndirdiyi bildirilib və BCM-nin dövlət suverenliyinə qarşı hücumuna daha çox dözülməyəcəyi ifadə olunub.

Bu çərçivədə ABŞ-ın BCM sədri Akane və BCM-dən yüksək vəzifəli hakimi sanksiyaya məruz qoyduğu bildirilən açıqlamada “Bu şəxslər BCM-nin yurisdiksiyasına razılıq verməmiş ölkələrdə rəsmiləri araşdırmaq, həbs etmək, nəzarətdə saxlamaq və ya mühakimə etmək cəhdlərində birbaşa iştirak ediblər” deyilib.

Açıqlamada daha çox ölkəyə ABŞ-ın BCM-yə qarşı mövqeyinə qoşulmaq çağırışı edilərək, “Beynəlxalq Cinayət Məhkəməsinin Amerika vətəndaşlarını və digər tərəf olmayan dövlətlərin vətəndaşlarını hədəf almaq qabiliyyətinə son qoyulmalıdır. Tramp administrasiyası zərurət yaranarsa Beynəlxalq Cinayət Məhkəməsi Amerika suverenliyini təhdid edə bilməyəcək vəziyyətə gətirilənədək onu sistemli şəkildə sıradan çıxarmaq üçün əlavə tədbirlər görməyə hazırdır” deyə qeyd edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu