Pentagon İran müharibəsindən sonra Körfəzdəki ABŞ hərbi varlığını azaltmağı planlaşdırır



ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) İranla müharibənin başa çatmasından sonra Körfəzdəki ABŞ hərbi varlığını azaltmağı nəzərdən keçirdiyi iddia edilib. 

AFN.az xəbər verir ki, “Washington Post” (WP) qəzetinin mövzu ilə bağlı səlahiyyətlilər və digər ekspertlər də daxil olmaqla 8 mənbəyə əsaslandırdığı xəbərə görə, Pentaqon Körfəzdəki hərbi varlığını azaltmağı nəzərdən keçirir.

Pentaqonun siyasət ofisi hələ rəsmi araşdırma mərhələsində olmayan təhlilində İranla müharibənin başa çatmasından sonra müxtəlif Körfəz ölkələrinə yayılmış hərbi mövcudluğun azaldılmasına dair proqnozları araşdırır.

Sözügedən araşdırmanı Baş QərargahABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da yaxından izləyir və CENTCOM Komandanı admiral Bred Kuper prosesi şəxsən nəzarətdə saxlayır.

ABŞ-lı bir səlahiyyətli danışıqlarda iştirak edən Cooperin ABŞ qoşunlarının Fars körfəzindən qərbə doğru köçürülməsi ehtimalı ilə bağlı müzakirələri dəstəklədiyini bildirib.

ABŞ-lı səlahiyyətlilər sözügedən təhlilin Pentaqonun siyasətinə çevrilməsi üçün əvvəlcə yuxarı instansiyalardan təsdiq almalı olduğunu bildirərək, hazırda bu təhlilin ilkin araşdırma mərhələsində olduğunu qeyd ediblər.

Xəbərdə Pentaqonun nəzərdən keçirdiyi əsas məsələlərdən birinin aylarla davam edən İran hücumları səbəbilə ABŞ-ın xaricdəki hərbi bazalarının ciddi zərər gördüyü Fars körfəzindən qoşunların çıxarılıb-çıxarılmayacağı olduğu bildirilib.

Digər mühüm məsələnin isə bölgədə zərər görən ABŞ bazalarının yenidən inşa edilib-edilməyəcəyi olduğu qeyd edilib.

Yaxın Şərqdə ABŞ-ın hərbi əməliyyatlarını həyata keçirən CENTCOM-un komandanlığı altında İordaniyadan Omana qədər uzanan bölgədə yerləşən təxminən 20 bazada 40 min ABŞ hərbçisi xidmət edir.

Bəhreyn ABŞ Beşinci Donanmasının qərargahına ev sahibliyi etdiyi halda, Küveyt kimi digər ölkələrdə də Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin bölmələri yerləşir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu