WSJ: ABŞ-ın Cənubi Koreyadakı minlərlə əsgərini geri çəkmək planı gündəmdədir


"Wall Street Journal" (WSJ) qəzeti yazır ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Cənubi Koreyada yerləşdirilmiş minlərlə Amerika əsgərini geri çəkməyi nəzərdən keçirir.



WSJ-nin mövzu ilə bağlı məlumatlı müdafiə sahəsi rəsmilərinə istinadən verdiyi xəbərə görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Cənubi Koreyadakı hərbi mövcudluğunu yenidən qiymətləndirir.



Rəsmilərin bildirdiyinə görə, Pentaqonun hazırladığı variantlardan biri təxminən 4 min 500 əsgərin geri çəkilməsi və əsasən Quam olmaqla Hind-Sakit okeanı bölgəsinin digər hissələrinə yerləşdirilməsini nəzərdə tutur.



Mövzunun Şimali Koreya ilə münasibətlərə dair aparılan qeyri-rəsmi siyasət təhlilinin bir hissəsi kimi Prezident Trampa təqdim olunmaq üçün hazırlandığı qeyd olunub. Həmçinin, bu fikrin hələlik yalnız müzakirə mərhələsində olduğu bildirilib.



Donald Tramp ilk prezidentlik dövründən etibarən Cənubi Koreyadakı ABŞ hərbi varlığının dəyişdirilməsi məsələsini tez-tez gündəmə gətirib. Hazırda bu bölgədə təxminən 28 min 500 Amerika əsgəri xidmət edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu