ABŞ Cənubi Koreyadakı hərbçilərinin sayını azalda bilər


ABŞ Cənubi Koreyadan 4500-ə yaxın əsgərini çıxarmaq imkanını nəzərdən keçirir.



AFN.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.



Bildirilir ki, Vaşinqton Cənubi Koreyadan Quam da daxil olmaqla Hind-Sakit okean regionunun digər ərazilərinə qoşun yeridə bilər. Qəzet qeyd edir ki, belə bir təşəbbüs hələlik ABŞ prezidenti Donald Trampa baxılmaq üçün təqdim edilməyib və Amerika administrasiyasının yüksək vəzifəli şəxsləri arasında müzakirə olunur.



Nəşrin qeyd etdiyi kimi, hazırda Cənubi Koreyada 28 500-ə yaxın Amerika əsgəri yerləşdirilib.



“The Wall Street Journal” yazır ki, qoşunların köçürülməsi ilə bağlı qərar Vaşinqtonun Ukraynadakı münaqişənin sülh yolu ilə həlli perspektivlərinə aydınlıq gətirənə qədər təxirə salına bilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu