"Qalatasaray" futbol komandasının yeni mövsüm formaları təqdim olunub



"Qalatasaray" futbol komandasının 2026-2027-ci illər mövsümündə geyinəcəyi ev, səfər və alternativ formaları təqdim edilib.

AFN.az xəbər verir ki, "PUMA" tərəfindən dizayn edilən yeni ev və səfər formaları rəqəmsal platformalarda yayımlanan video və fotoşəkillər vasitəsilə sarı-qırmızılı azarkeşlərə təqdim olunub.

Klubun simvolik parçalı forması bu mövsüm tarixi bir detalı da özündə əks etdirir. "Qalatasaray"ın beş ulduzu parçalı forma üzərində ilk dəfə yan-yana yer aldığı halda, eyni ulduz düzülüşü mövsüm ərzində istifadə ediləcək digər formalarda da qorunub saxlanılır.

Ev və alternativ formaların yaxasında "Qalatasaray"la eyniləşdirilən "Welcome To Hell" ifadəsi yer alarkən, səfər formasının yaxasında "İlklərin və Ən-lərin Komandası" mesajı mövcuddur.

Yeni mövsüm formalarının hamısı həm uzunqol, həm də qısaqol variantları ilə satışa çıxarılır.

Formaların tanıtım filmində baş məşqçi Okan Buruk və futbolçular Viktor Osimhen, Leroy Sane, Barış Alper Yılmaz, Qabriel Sara, Yunus Akgün, Arda Ünyay, Renato Nqaqa, İlkay Gündoğan, İsmayıl Yakobs, Abdülkərim BardakcıVilfrid Sinqo yer alıblar.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu