Yasamalda evdə partlayış: yeniyetmə öldü, yaralılar var
Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində partlayış baş verib.
AFN.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, partlayış ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində qeydə alınıb. Hadisə zamanı qeydə alınan yanğın nəticəsində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 250 kv.m. olan evin birinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları 50 kv.m. sahədə yanıb.
Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, xilasedicilər tərəfindən 2010-cu il təvəllüdlü vətəndaşın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.




