Rusiya: Moskva vilayəti 250 PUA ilə hədəfə alındı



Rusiyanın paytaxtı Moskvanın meri Sergey Sobyanin Moskva vilayətinin 250 pilotsuz uçuş aparatı (PUA) ilə hədəfə alındığını, onlardan 28-nin vilayət üzərində məhv edildiyini bildirib.

AFN.az xəbər verir ki, Sobyanin sosial media hesabında məsələ ilə bağlı açıqlama verib.

Çox sayda PUA-nın Moskva vilayətini hədəfə aldığını bildirən Sobyanin “Dünən axşam saat 20:30-dan bu gün saat 07:30-a qədər Moskva vilayətinə doğru 250 PUA uçdu. Onların bir çoxu vilayətə çatmadan əvvəl məhv edildi. 28 PUA vilayət üzərində zərərsizləşdirildi” ifadəsini işlədib.

Sobyanin vurulan PUA-ların qalıqlarının düşdüyü ərazilərdə təcili xidmət əməkdaşlarının işlərini davam etdirdiyini bildirib.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında isə gecə saatlarında Ukraynaya məxsus 726 PUA-nın Moskva da daxil olmaqla müxtəlif bölgələr üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyi bildirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu