Rusiya: 174 Ukrayna PUA-sı və raketlər vuruldu


Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus 174 pilotsuz uçuş aparatının (PUA) gecə saatlarında paytaxt Moskva da daxil olmaqla müxtəlif bölgələr üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirib.



Nazirliyin yaydığı açıqlamada Ukraynanın gecə saatlarında PUA-larla Rusiya ərazisinə hücum təşkil etdiyi qeyd olunub.



174 PUA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi vurğulanan açıqlamada onların Moskva, Bryansk, Rostov, Saratov, Voronej, Kalujya, Kursk, Oryol, Ryazan, Tula, Belqorod və Tambov bölgələri ilə ilhaq edilmiş Krım üzərində vurulduğu bildirilib.



Açıqlamada əlavə olaraq, Qara dəniz üzərində Ukraynaya məxsus 3 ədəd "Neptun-MD" qanadlı raketin də hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi qeyd olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu