İran Hörmüz boğazının açılması şərtlərini ABŞ-yə çatdırıb
İran hakimiyyəti ABŞ-a Hörmüz boğazının açılması şərtlərini təqdim edib.
AFN.az xəbər verir ki, bu barədə İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bəyan edib.
Onun sözlərinə görə, şərtlərə Livan və Qəzza zolağında müharibələrin dayandırılması və İran aktivlərinin dondurulmaqdan azad edilməsi daxildir.
"ABŞ öz davranışını dəyişməyənədək və İranın şərtlərini qəbul etməyənədək boğaz açılmayacaq. ABŞ müharibəni dayandırmalı, İranın dondurulmuş vəsaitlərini ödəməlidir. Ümumilikdə regionda, o cümlədən Livan və Qəzzada müharibə bitməli, eləcə də vasitəçilər vasitəsilə ötürülən digər şərtlər qəbul edilməlidir", – deyə "Tasnim" agentliyi onun sözlərindən sitat gətirir.
Rezai vurğulayıb ki, Hörmüz boğazı ilə bağlı İran və Oman arasında əldə olunmuş razılaşma boğazın açılması məsələsinə heç bir təsir göstərməyəcək.
