Tramp: İnfantinonun vəzifədən uzaqlaşdırılması dəhşətli səhv olacaq



ABŞ Prezidenti Donald Tramp FİFA prezidenti Canni İnfantinonun vəzifədən uzaqlaşdırılmasının dəhşətli səhv olacağını bildirib.

AFN.az xəbər verir ki, Tramp sosial media hesabında etdiyi paylaşımda İnfantinonun vəzifəsindəki fəaliyyətini yüksək qiymətləndirib.

“Möhtəşəm iş görür. Tarixin ən uğurlu Dünya Çempionatına, həm də dördqat fərqlə, rəhbərlik edib”, - ifadələrini işlədən Tramp, İnfantinonun vəzifədən ayrılması halında Dünya Çempionatının gələcəkdə eyni dərəcədə uğurlu və ya gəlirli ola bilməyəcəyini müdafiə edib.

Tramp FİFA prezidenti İnfantinonun vəzifədən uzaqlaşdırılmasının dəhşətli səhv olacağını qeyd edib.

İngiltərənin “The Times” nəşrində yer alan xəbərdə FİFA prezidenti İnfantinonun Dünya Çempionatındakı payları özəl investorlara satmağı planlaşdırdığı bildirilmişdi.

Gələn reaksiyaların ardından FİFA plan çərçivəsində yol verilən səhvlərə görə üzr istəyib və təklifin “artıq gündəmdən çıxarıldığını” açıqlayıb.

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA), Asiya Futbol Konfederasiyası (AFC) və Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF) dünən yaydıqları birgə açıqlama ilə İnfantinoya reaksiya veriblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu