Tardelli İnfantinonun İtaliya millisi haqqında dediyi sözləri hörmətsizlik adlandırıb



Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantinonun İtaliya millisinin dünya çempionatına (DÇ-2026) vəsiqə qazana bilməməsi ilə bağlı zarafatı hörmətsizlikdir.

AFN.az xəbər verir ki, bu barədə İtaliya yığmasının heyətində 1982-ci ilin dünya çempionu olmuş Marko Tardelli bəyan edib.

İnsayder-jurnalist Nikolo Skiranın öz sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, Tardelli İnfantinonun İtaliyaya qarşı hörmətsizlik etdiyini və onun kimi birinin İtaliya azarkeşi ola bilməyəcəyini vurğulayıb, həmçinin xüsusilə FİFA prezidenti qismində belə ifadələr səsləndirməyə haqqının olmadığını bildirib.

Sabiq futbolçu İnfantinonun son vaxtlar getdikcə daha çox səhvə yol verdiyini də əlavə edərək, bunu FİFA rəhbərinin ABŞ Prezidenti Donald Trampla ünsiyyət qurmağa başlaması ilə əlaqələndirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu