Rusiya: Kiyev və Lvov daxil olmaqla Ukraynanın 7 bölgəsində hərbi hədəfləri vurduq



Rusiya Müdafiə Nazirliyi Ukraynanın Kiyev və Lvov şəhərləri də daxil olmaqla 7 bölgəsində hərbi hava limanları, müdafiə sənayesi müəssisələri, hərbi telekommunikasiya və logistika mərkəzlərinə genişmiqyaslı zərbələr endirildiyini açıqlayıb.

AFN.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Rusiya Silahlı Qüvvələri gecə saatlarında quru, hava və dəniz bazalı uzaqmənzilli yüksək dəqiqlikli silahlar, eləcə də pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə Ukrayna ərazisinə intensiv hücum həyata keçirib.

Bildirilib ki, zərbələr nəticəsində KiyevLvov şəhərləri, həmçinin İvano-Frankivsk, Jitomir, Rivne, Vinnitsa və Dnepropetrovsk vilayətlərində yerləşən hərbi hava limanları, müdafiə sənayesi müəssisələri, hərbi telekommunikasiya və logistika mərkəzləri vurulub.

Açıqlamada qeyd olunub ki, sözügedən obyektlər müxtəlif təyinatlı raket sistemləri və pilotsuz uçuş aparatlarının istehsalı, saxlanılması və daşınması, eləcə də hava məkanına nəzarət sistemlərinin fəaliyyəti üçün istifadə olunurdu.

Bundan əlavə, Yujnı limanında yerləşən bir quru yük gəmisinin, eləcə də Odessanın şərqində və cənubunda silah və hərbi təyinatlı yüklər daşıdığı bildirilən daha iki quru yük gəmisinin də vurulduğu açıqlanıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu